Quba-Xaçmaz regionunda italyan texnologiyası tətbiq olunmaqla yüksək məhsuldarlığı ilə seçilən fındıq bağlarının salınmasına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İtaliyanın “Ferroro” şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində institutun ərazisində ilkin olaraq 2 hektar bağ salınıb.
Ənənəvi üsulla salınan bağlarda ilkin məhsula düşmə 6-cı ildən başlayır, tam məhsuldarlıq isə 16-cı ildən olmaqla, hektarda məhsuldarlıq 1,5 ton təşkil edir. İtalyan texnologiyasının tətbiqi ilə salınan bağlarda isə 4-cü ildən ağaclar məhsul verməyə başlayır. Tam məhsula düşmə isə 9-cu ildə olmaqla hektardan məhsuldarlıq 2.5 ton təşkil edir. 18 illik məhsul istehsalı göstəricilərini müqayisə etdikdə aydın şəkildə görmək olar ki, ənənəvi üsulda cəmi 10,53 ton və yeni texnologiya əsasında isə 29,15 ton məhsul istehsal olunur. Yeni texnologiya ilə salınan bağlarda 1 hektar sahədə 156 deyil, 500 ağac olur.
Bu texnologiya üzrə fındıq bağlarının salınmasında yeni introduksiya olunmuş İtaliya mənşəli Çifoni, Romano və Naçioni sortları ilə yanaşı, yerli Atababa fındıq sortundan da istifadə olunur.
İntroduksiya edilmiş İtalyan sortlarının üstün cəhətlərindən biri də məhsul yığım prosesinin daha rahat olmasıdır. Belə ki, Çifoni, Nokiyono və Romano sortlarında fındıq yetişdiyi zaman meyvə qərzəyindən rahatlıqla ayrılır, ağac yığım üçün silkələndikdə məhsul qərzəksiz olaraq yerə tökülür və artıq qərzəkdən təmizlənməyə ehtiyac qalmır. Bu da, yığım prosesini sürətləndirir və işçi qüvvəsinə tələbatı azaldır.
Quba-Xaçmaz zonasında yeni texnologiya ilə Xaçmaz rayonunda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) tərəfindən 5 hektar ərazidə fındıq bağı salınıb.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026