Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi Təcrübə Bazasında 1,7 hektar ərazidə yeni növ ərik bağı salınıb.
Ərik bağında Türkiyədən gətirilən “Orange ruby” ərik sortu becəriləcək. Yeni ərik sortunun məhsuldarlığı yüksəkdir və yerli şəraitə tez uyğunlaşır. Bağ sahəsində 5x4 və 4x2.5 sxemlərində 630 ədəd ting əkilib.
Təsərrüfatda ağacların suvarılmasını həyata keçirmək üçün damcı suvarma üsulu tətbiq olunacaq. Bu da tinglərin lazım olan qədər su, həm də dərman və gübrələrlə təmin olunmasını asanlaşdıracaq.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026