Qusarda yeni salınan badam bağlarından ilk məhsul yığılır. Rayonun Qalacıq kəndində yerləşən ümumi sahəsi 86 hektar olan iri meyvəçilik təsərrüfatının 10 hektarında badam bağı salınıb.
İki il öncə əkilən badam bağında orta məhsuldarlıq müşahidə olunur. Badam ağacları tam məhsula düşəndən sonra hər hektardan 6-10 ton arası məhsul yığılacaq. Təsərrüfatçı Baba Ağaşirinov bildirib ki, badam yığımı sentyabrın sonlarına kimi yekunlaşacaq. Bağdan toplanan məhsul yerli bazarda satılacaq. Becərilən badam tingləri yerli şəraitə tam uyğunlaşıb və normal inkişaf edir.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Qusarda 10, Şabranda isə 33 hektar badam bağı salınıb. Əkilən badam sortu amerikan mənşəlidir. “Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir.
İnstitutun direktor müavini Vahid Əliyev bildirib ki, ölkə ərazisində badam bağlarının sahəsinin artırlması diqqətdə saxlanılır. Növbəti mərhələdə institutun layihəsi əsasında daha 150 hektar sahədə intensiv bağların salınması nəzərdə tutulub ki, bunun da bir hissəsini badam ağacları təşkil edəcək. Bununla yanaşı, yeni bağların salınmasında istifadə olunacaq badam tingləri də institutun öz laboratoriyalarında mikroklonal üsulla yetişdiriləcək.
Bu il Qusarla yanaşı, Şabranın Ağalıq kəndində əkilən 23 hektar badam bağından da ilk məhsul yığılır.
Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.
Qeyd edək ki, dünya bazarında badama böyük tələbat var və bir çox ölkədə əsas valyuta gətirən məhsullardan sayılır.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026