Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən 8 regional aqrar elm və innovasiya mərkəzləri rəhbərləri ilə müzakirəsi keçirilib.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Elçin Zeynalov bildirib ki, hazırda nazirliyin strukturunda aparılan optimallaşdırma siyasətinə uyğun olaraq mərkəzlərin elmi fəaliyyətinin yenidən təşkilinə ehtiyac var. Yeni dövrün tələblərinə uyğun olaraq mərkəzlər regionda istehsal fəaliyyəti ilə məşğul olan fermerlər arasında yeniliklərin, texnoloji innovasiyaların fəal təbliğini həyata keçirməlidir. Həyata keçirilən maarifləndirici təlimlərin keyfiyyətinin yüksəldilməsi, birgə fəaliyyətin koordinasiya edilməsi, yeni becərmə metodlarının fəal təbliği, elmi fəaliyyətə gənc kadrların cəlb edilməsi bundan sonrakı dövrdə təmin olunacaq.
Kənd Təsərüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov çıxışında regional elm mərkəzlərinin dövrün tələbinə uyğun inkişafı məsələlərindən danışıb. Bildirib ki, regionlarda təlim və məsləhət xidmətlərinin daha da genişləndirilməsi üçün yeni metodlar hazırlanıb, metodiki xarakter daşıyan bu metodlar maarifləndirmə, elmi yeniliklərin torpaq adamlarına çatdırılmasında keyfiyyət göstəricilərini yüksəldəcək.
Müzakirədə mərkəzlərin il ərzində göstərdikləri fəaliyyət təhlil olunub, onların qarşısında yeni hədəflər müəyyən edilib.
Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan Beyləqan, Salyan, Kürdəmir, Tərtər, Gəncə, Şəki, Lənkəran və Quba regional elm mərkəzləri mühüm funksiyaları həyata keçirir. Mərkəzlər yerləşdikləri regionda rəqabətqabliyyətli məhsul istehsalının dayanıqlı artımına nail olmaq üçün bölgədə elmi nəaliyyətlərin, o cümlədən mütərəqqi istehsal texnologiyalarının, yeni sortların tətbiqi və fermerlərin maarifləndirilməsi məqsədi ilə nümayiş sərgi əkinlərinin tətbiqini, elmi seminar və təlimləri həyata keçirir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026