Ölkəmizdə heyvandarlıq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılmasının daha səmərəli təşkili üçün Respublika Süni Mayalanma Mərkəzinin rəhbərliyi Qəbələ və Hacıqabul rayonlarında iri təsərrüfat sahibləri ilə görüş keçiriblər.
Görüşün əsas məqsədi əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsidir.
Respublika Suni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov bildirib ki, süni mayalanma yüksək məhsuldarlıq göstəricilərinə malik olan qiymətli heyvan genofondlarının qorunması məqsədi ilə çoxdan tələf olmuş qiymətli törədici buğaların və hazırda yaşayan törədicilərin spermasından istifadə edərək, yeni məhsuldar nəsil alınmasına və istənilən mövsümdə heyvanların mayalandırılmasına şərait yaradır. Belə ki, süni mayalandırılmanın tətbiqi nəticəsində nəinki məhsuldar cinslərin artırılması, hətta cinsdaxili rekord göstəricilərə malik olan erkək və dişi heyvanlardan seleksiya məqsədi ilə daha geniş istifadə etməyə imkan yaradır.
Görüşdə bu sahədə digər tədbirlərin təşkili üçün müvafiq işlərin görülməsi mövzusunda müzakirələr aparılıb, yeni təkliflər qeydə alınıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026