Hazırda aqrar sektorda fəaliyyət xüsusi karantin rejiminin tələblərinə uyğun davam etdirilir. Yaz-tarla işlərinin gedişatı ilə bağlı mövcud vəziyyəti dəyərləndirmək və carı tapşırıqların icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti şöbələri tərəfindən mütəmadi videokonfranslar keçirilir.
Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə “Respublikada çəltik əkinlərinin vəziyyəti və qarşıda duran tədbirlər” mövzusunda videokonfrans keçirilib. Astara, Lənkəran, Masallı, Biləsuvar, Salyan, İmişli, Yevlax, Ağdaş, Ucar, Zərdab, Ağsu, Göyçay, Samux rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirdə çəltik əkinləri ilə bağlı müzakirələr aparılıb, mövsümi aqrotexniki tədbirlərin görülməsilə əlaqədar müvafiq məsləhətlər verilib.
Videokonfransda “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda bu il üçün nəzərdə tutulan tədbirlərin icrası müzakirə edilib. Videokonfransda çəltik əkinlərinin genişləndirilməsi məqsədilə əkin sahələrinin düzgün seçilməsi, aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, toxum, texnika, mineral gübrə və pestisidlərlə təchizat səviyyəsi təhlil edilib, istehsal vasitələrinə olan tələbatın ödənilməsi istiqamətində təkliflər dinlənilib.
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişaf etdirilməsi üçün yerli imkanlardan səmərəli istifadə edilməsi, yeni çəltik sortlarının genefondunun yaradılması, yerli şəraitə uyğun formalarının seçilməsi və onların toxumçuluq sisteminin yaradılması istiqamətində tədqiqat işlərinin başlanmasının vacibliyi qeyd edilib. Müzakirələr zamanı çəltik istehsalçılarına mikrokreditlərin ayrılmasında üstünlüklərin verilməsi, aran bölgəsində çəltik emalı müəssisələrinin yaradılması, mini çəltikyığan texnikaların lizinq yolu ilə gətirilməsi və satılmasına dair təkliflər səsləndirilib.
Həmçinin, videokonfransda digər yazlıq bitkilərin becərilməsi sahəsində cari vəziyyət də müzakirə edilib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026