Respublikada tütün yığımı davam edir. Bu günədək fermerlər tərəfindən 4545 ton tütün yığılıb, tədarük məntəqələrinə 3648 ton quru tütün təhvil verilib. Bu il Azərbaycanın 14 rayonunda və Naxçıvan Muxtar Respublikasında 3134 hektar sahədə tütün əkini həyata keçirilib. Hazırda sahələrdə yığım davam edir.
Ölkə üzrə şəkər şuğundurunun yığımı da davam edir. Fermerlər tərəfindən qəbul məntəqələrinə 100,7 min ton məhsul təhvil verilib. 2019-cu ildə Azərbaycanın 25 rayonunda ümumilikdə 7345 hektar sahədə şəkər çuğunduru becərilib. Bunlardan 5693 hektarı sadə suvarmalı, 1652 hektarı isə Pivot suvarma sistemi altında olan sahələrdir. Bu il şəkər çuğunduru ən çox İmişli (917 ha), Ağcabədi (848 ha), Tərtər (670 ha), Tovuz (668 ha), Beyləqan (557 ha) və Füzuli (553 ha) rayonları ərazisində əkilib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026