Rusiyanın paytaxtı Moskva şəhərində 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu fəaliyyətə başlayıb. Tədbir Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Roskonqress Fondu tərəfindən təşkil olunur.
Forum çərçivəsində bu gün "Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri" mövzusunda dəyirmi masa baş tutub. Tədbirə Azərbaycan tərəfdən moderatorluq edən Kənd Təsərrüfatı nazirinin müşaviri Anar Hüseynov bildirib ki, Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. O qeyd edib ki, Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Anar Hüseynov əlavə edib ki, Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi bazardır və bu ölkəyə ixracda kənd təsərrüfatı məhsulları xüsusi yer tutur: “Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir. Bu baxımdan iki ölkə arasında aqrar ticarətin genişləndirilməsi, aqrar tədqiqatlar sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi məqsədəuyğundur”.
Dəyirmi masada Rusiya tərəfdən Stavropol Vilayətinin Kənd Təsərrüfatı naziri Vladimir Sitnikov, Smolensk Vilayəti Administrasiyasının rəhbərinin 1-ci müavini Murad Rasulov, Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunun Beynəlxalq aqrar bazarlar və iqtisadi fəaliyyət kafedrasının müdiri Nataliya Çerner, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova, Dövlət Toxum Fondunun rəhbəri Emin Əliyev, Aqrolizinq ASC-nin şöbə müdiri Rasim İsmayılov, Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar departamentinin müdir müavini Pərviz Əliyev və digər rəsmi şəxslər çıxış ediblər.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların rəhbər şəxsləri tərəfindən ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatlar və layihələr barədə təqdimat nümayiş olunub. Görüş zamanı Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına ixrac məsələləri müzakirə edilib, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən hazırlanan və növbəti ildən etibarən qablaşdırılaraq ixracı nəzərdə tutulan yeni brend barədə tədbir iştirakçılarına məlumat verilib. Kənd təsərrüfatı sahəsində iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri ilə bağlı ətraflı müzakirə aparılıb.
Qeyd edək ki, forumun sonuncu günündə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi keçiriləcək. Sərgidə yer alan Azərbaycan pavilyonunda “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayı, o cümlədən çoxlu sayda yerli istehsal olan kənd təsərrüfatı və qida məhsulları nümayiş olunacaq.
“Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib
30 May 2023
Nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri ilə görüşüb
24 May 2023
Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə məsləhət
24 May 2023
Xarici mütəxəssislərin iştirakı ilə toxumluq sahələrin monitorinqi keçirilib
23 May 2023
Azərbaycanda buğda bitkisində pas xəstəliklərinə qarşı mübarizə mövzusunda konfrans keçirilib
19 May 2023