Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında 30 may 2018-ci il tarixində 30 nəfər fermerin iştirakı ilə \"Ərzaq paxlalılarının (noxud, mərci) yeni rayonlaşmış və perspektivli yüksək məhsuldar sortlarının dəmyə şəraitində üstünlüklərinin nümayişi\" mövzusunda təlim seminarı keçirilib.
Təlim seminarda Əkinçilik Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Nizami Hümbətov ərzaq paxlalılarının qida rasionunda əhəmiyyəti, əkin və becərilmə qaydaları, əldə edilən yeni perspektiv sortların yüksək qidalılıq dəyəri və məhsuldarlığı barədə danışıb.
İnstitutun Ərzaq paxlalıları proqramının rəhbəri Rəşadət Əmirov Azərbaycanda yüksək və keyfiyyətli ərzaq paxlalıları istehsalı sahəsində mövcüd vəziyyət barəsində geniş məlumat verib. Qeyd edib ki, Respublikamızın müxtəlif iqlim şəraitində məhsuldar və yüksək keyfiyyətli ərzaq paxlalıları yetişdirilir ki, bu da perspektivli sortlar hesabına əldə edilir. Fermerlərə bu sortlardan istifadə edilməsi tövsiyyə olunub.
Bitki fiziologiyası və biotexnologiyası şöbəsinin aparıcı elmi işçisi Rüfət Mirzəyev Əkinçilik Elmi Tədqiqat İnstitutunun rayonlaşmış və perspektivli noxud və mərci sortlarının üstünlükləri - quraqlığa və xəstəliklərə, o cümlədən müxtəlif stress amillərinə davamlılığı - haqqında fermerlərə geniş məlumat verib.
Cəlilabad Bölgə Təcrübə Stansiyasının direktoru Hüseynağa Feyzullayev Qiymətli ərzaq bitkisi olaraq ərzaq paxlalılarının becərilməsi xüsusiyyətləri, onların torpaqyaxşılaşdırıcı xüsusiyyətinin olmasına görə növbəli əkində istifadə edilməsinin əhəmiyyəti, dünya üzrə ərzaq paxlalılarının istehsal dövriyyəsi barədə məlumat verib.
Təlim zamanı ərzaq paxlalılarının əkin bölgələrində torpaqların ümumi gübrə normalarının müəyyənləşdirilməsi, torpağın biokimyəvi xüsusiyyətlərini dəyişməsi haqqında da fermerlərə məlumat verilib.
Daha sonra nümayiş əkinlərinə baxış keçirilib. Fermerlər seminarın praktiki və maarifləndirici əhəmiyyətinə görə öz minnətdarlıqlarını bildiriblər.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026