Təlimlərdə pambıq sovkasına qarşı aparılan mübarizə tədbirlərinin hazırkı vəziyyəti müzakirə olunub
Saatlı və Sabirabad rayonlarında pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfat sahibləri üçün maarifləndirici təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanovun rəhbərliyi ilə baş tutan təlimdə pambıq sovkasına qarşı aparılan mübarizə tədbirlərinin hazırkı vəziyyəti, uçot-müşahidə işlərinin aparılması, sirayətlənmə dərəcəsinin müəyyən edilməsi, İqtisadi Ziyanvurma Həddi (İZH) anlayışının tətbiqi, sahələrdə aparılan mübarizə zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı əyani məşğələlərin keçirilməsi və pestisidlərin tətbiqindən sonra əkin sahələrinin kənarlarına xəbərdaredici nişanların qoyulması kimi məsələlər müzakirə olunub.
Təlimdə Saatlı və Sabirabad rayonlarının kənd təsərrüfatı idarələrinin və “Aqrolizinq” ASC-nin mütəxəssisləri, fermerlər, təsərrüfat subyektlərinin rəhbərləri və yerli mütəxəssislər iştirak ediblər.
Tədbirin sonunda iştirakçılara həyata keçirilən tədbirlər zamanı texniki təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı müvafiq tövsiyələr verilib, pestisidlərin tərkib mexanizminə uyğun olaraq insanların sahələrə buraxılması müddəti ilə bağlı əyani vəsaitlər, bukletlər təqdim olunub və təlimatlarda göstərilən təhlükəsizlik tədbirlərinə riayət olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026