Sabah Bakıda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən biznes forumda Azərbaycanın dövlət qurumlarının rəhbərləri, iş adamları, Türkiyədən gəlmiş 65 nəfərlik nümayəndə heyətinin üzvləri iştirak edəcəklər.
Biznes forumda kənd təsərrüfatı naziri İnam Kərimovun, iqtisadiyyat naziri Şahin Mustafayevin, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPROMO) rəhbəri Yusif Abdullayevin, Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatın, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayevin, Türk Kənd Təsərrüfatı Maşınları və Avadanlığı İstehsalçıları Assosiasiyasının (TARMAKBİR) sədri Şenol Önalın çıxışları nəzərdə tutulur.
Tədbir Bakı Biznes Mərkəzində, saat 11.00-da keçiriləcək. Tədbirdə iştirak etmək istəyənlər üçün qeydiyyat 10.00-da başlayacaq.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026