Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) kredit yarmarkası keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkil etdiyi yarmarkada müvəkkil kredit təşkilatları vətəndaşlarla görüşərək onların aqrar kreditlərlə bağlı suallarını cavablandırıb.
Kredit yarmarkaları ardıcıl olaraq bütün regionlarda keçirilir. Yanvar ayından başlayan yarmarkalar Qazax, Xaçmaz, Şəmkir, Zaqatala, Masallı rayonlarında keçirilib. Bu yarmarkalarda AKİA-nın sədr müavini Əmir Əmirli, kredit şöbəsinin müdiri və mütəxəssisləri, AKİA-nın müvəkkil kredit təşkilatı olan 16 bank və bank olmayan kredit təşkilatının yerli filiallarının nümayəndələri iştirak edir.
Kredit yarmarkalarını keçirməkdə əsas məqsəd güzəştli aqrar kredit şərtləri, eləcə də kənd təsərrüfatı texnikası və damazlıq heyvanların dövlət güzəşti ilə yeni qaydalarla satışı barədə fermerləri məlumatlandırmaqdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il Fərmanı ilə kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarı liberallaşdırılıb. Bu Fərmana qədər yalnız səhmləri dövlətə məxsus Aqrolizinq Səhmdar Cəmiyyətinin bazalarında olan texnika və damazlıq heyvanın satışına dövlət güzəşti tətbiq edilirdisə, yeni qaydalara müvafiq olaraq, istənilən təchizatçıdan kənd təsərrüfatı texnikası və damazlıq heyvan alan şəxs dövlət güzəştindən faydalana bilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026