Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”
Fermerlər, məhsul istehsalçıları yüksək məhsuldarlıq əldə etmək üçün keyfiyyətli toxuma üstünlük verməlidirlər. Çünki keyfiyyətli toxum yüksək məhsuldarlığın əsas şərtidir. Toxumların səpin və əkin keyfiyyətinin kondisiyalılığı toxumlardan götürülən nümunələrin müayinəsindən sonra müəyyən olunur.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Lənkəran Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin müdiri Sahib Muradov söyləyib.
Regional Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verən S.Muradov deyib: “Müasir avadanlıqlarla təmin olunan Mərkəzimiz Astara, Lənkəran, Lerik, Yardımlı və Masallı rayonlarında fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarının istehsal etdiyi toxum və tinglik əkin sahələrinin aprobasiyasını və sertifikatlaşdırılmasını təmin edir. Əməkdaşlarımız Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birgə təşkil etdiyi Azərbaycanda Toxumçuluq Sektorunun inkişafına dəstək layihəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak edərək təcrübə toplayıblar. Onlar dövlət və özəl toxumçuluq təsərrüfatlarında istehsal olunan və kondisiyaya çatdırılmış toxumlardan nümunələr götürərək müayinə edirlər. Mərkəzin rayonlar üzrə baş aqronomları toxumçuluq təsərrüfatlarında becərilən toxumluq bitkilərin yetişdirilməsindən yığım başa çatanadək, yığımdan sonra isə toxumların kondisiyaya çatdırılmasınadək fermerlərin yanındadırlar və onlara lazımi məsləhətlər verirlər”.
Sahib Muradov fermerləri, məhsul istehsalçılarını əkin qabağı toxumlarını analizdən keçirməyə çağıraraq bildirib ki, Mərkəzin aqronomları bu istiqamətdə onlara hər cür kömək etməyə hazırdırlar.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026