Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin hazırladığı tədbirlər planına uyğun olaraq 13 aprel 2019-cu il tarixdə saat 11:00-da Şamaxı rayonunda “Azərbaycanda üzümçülüyün yeni inkişaf mərhələsi və qarşıda duran vəzifələr” mövzusunda fermərlərin iştirakı ilə təlim-seminar keçiriləcək.
Təlim-seminar kənd təsərrüfatı məhsul istehsalçılarının bilik və bacarıqlarını artırmaq, fermerləri elmin son nailiyyətləri ilə tanış etmək və onlara müvafiq tövsiyələr vermək, eləcə də müasir tələblərə cavab verən informasiya-məsləhət xidmətləri göstərmək məqsədi ilə təşkil olunur.
Şamaxı rayon İncəsənət Musiqi Məktəbinin akt zalında təşkil olunacaq tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və fermerlər iştirak edəcək. Təlim seminarında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Azərbaycanda üzümçülüyün mövcud vəziyyəti-hədəflər və perspektivlər”, kənd təsərrüfatı nazirinin müşaviri Elçin Zeynalov “Respublikada üzümçülüyün inkişafında aqrar elmin rolu”, Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Üzüm istehsalçılarına təkmil formada məsləhət-informasiya xidmətinin göstərilməsi”, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Elnur Heydərov “Yeni üzüm sortlarının yaradılması və müasir tingçilyin təşkili” mövzularında təqdimatla çıxış edəcək.
Tədbirdə ferermlərlə alim-mütəxəssilər arasında qarşılıq müzakirələr keçiriləcək və sonda müasir üzümçülük təsərrüfatına baxış təşkil ediləcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə il boyu aqrar sahənin bütün istiqamətlərini əhatə edən mövsümə uyğun təlimlər keçirilir. Təlimlərdə iştirak üçün heç bir ödəniş tələb olunmur.
Təlimlərdə iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026