“Şəhərdən Kəndə” layihəsinə qoşulmuş fermerlərlə görüşlərin keçirilməsinə başlanılıb. Görüşlər yerli fermerlərin aqroturizmin əsas prinsipləri və beynəlxalq təcrübələri ilə yaxından tanış edilməsi, bacarıqlarının artırılması məqsədilə təşkil olunur.
Bu günədək İsmayıllı, Şəki, Zaqatala, Qəbələ və Şamaxı rayonlarında görüşlər keçirilib. Görüşlərdə “Aqroturizmdə qonaqpərvərlik”, “Aqroturizmdə qidalanmanın təşkili”, “Aqroturizmdə təmizlik işinin təşkili” mövzuları müzakirə edilib.
Görüşlərin təşkili zamanı dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasının və karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur. Görüşlər zamanı bütün iştirakçılar tibbi qoruyucu vasitələrlə (əlcək, maska, tibbi spirt) təmin olunurlar. Qoruyucu vasitələrin istifadəsinə və sosial məsafənin qorunmasına ciddi şəkildə nəzarət edilir.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Paşa Holdinq” və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüaftları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.
Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 71 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-ə yaxın aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 118 fermer təsərrüfatından 76-sı layihə üçün uyğun hesab edilib. Layihədə iştirak haqqı qazanan təsərrüfatlarda yenidənqurma işləri aparılır, onlar müəyyən texniki və avadanlıq dəstəyi əldə edirlər. Layihənin icrasına başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq aqrotur təşkil olunub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub ki, onların 150-ə yaxını əcnəbi turistlərdir.
Turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması və müraciətlərinin asanlaşdırılması məqsədilə cari ay ərzində layihənin www.tovillage.az portalının beta-versiyası istifadəyə verilib. Ölkəmizdə karantin rejimi ləğv edildikdən sonra portal vasitəsilə Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Lənkəran və Quba rayonlarına təşkil olunan turlara qoşulmaq və fərdi turlar sifariş etmək mümkün olacaq. Həmçinin portala daxil olaraq aqroekotur təşkil olunan hər bir təsərrüfat barədə ətraflı məlumat almaq da mümkündür.
Sentyabrın 1-də Quba, sentyabrın 2-də Qusar, sentyabrın 4-də Lənkəranda fermerlərlə görüşlər keçiriləcək.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026