Ağcabədi, Bərdə və Hacıqabul rayonlarında “Respublikada şəkər çuğunduru istehsalının artırılması ilə bağlı qarşıda duran vəzifələr” mövzusunda növbəti müşavirələr keçirilib.
Tədbirlərdə Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Hacıqabul, Salyan və Şamaxı rayonlarının şəkər çuğunduru istehsalçılarının, yerli icra hakimiyyəti orqanlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM), İqtisadiyyat Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri iştirak edib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev çıxış edib. R.Quliyev bölgələrdə şəkər çuğunduru istehsalının artırılması üçün geniş imkanların olduğunu qeyd edib. Bu potensialın həyata keçirilməsi üçün sahələrin düzgün seçilməsi, toxum, texnika, mineral gübrələr, pestisidlərlə təminat və digər məsələlərlə bağlı yerli istehsalçıların və aidiyyəti qurumların fikirlərinin öyrənilməsinin vacibliyi qeyd edib.
Müzakirələrdə iştirak edən aidiyyəti qurumların nümayəndələri şəkər çuğundurunun yeni məhsuldar sortlarının yaradılması və toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, tarlalarda fermerlərə şəkər çuğundurunun becərilməsi üzrə xüsusi təlim proqramlarının təşkili, innovativ becərmə texnologiyalarının tətbiqinin iri fermer təsərrüfatlarında nümayiş etdirilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması və s. məsələlərlə bağlı təklif və tövsiyələrini bildirib və müvafiq tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi üçün tapşırıqlar verilib.
Qeyd edək ki, şəkər çuğunduru istehsalının artırılması ilə bağlı regionlarda müşavirələrin keçirilməsi davam etdirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026