Şəki rayonunda “Dənli və dənli paxlalı bitkilərin toxumluq əkinlərinə aqrotexniki qulluq işlərinə” həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə nazirliyin məsul işciləri, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər.
Müşavirənin əsas məqsədi toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların əkinlərinin nümayişi, keyfiyyətli toxum istehsalında aqrotexniki qaydaların düzgün və vaxtında aparılması, həmcinin tarlada yazqabağı həyata kecirilən aqrotexniki qulluq işləri ilə əyani tanış olmaq və fermerlərlə fikir mübadiləsi aparmaqdan ibarət olub.
Regional müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin (BSQTNDX) şöbə müdiri Qərib Novruzlu çıxış edərək taxılçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. Qeyd edib ki, yaz tarla işlərinin başlanması ilə əlaqədar olaraq aqrotexniki qaydaların düzgün və vaxtında aparılması gələcək bol məhsulun əsasıdır. Bunula əlaqədər olaraq daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasını qarşıya bir vəzifə olaraq qoyulduğunu nəzərə çatdırıb.
Eyni zamanda Respublikada 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin istifadəyə verildiyini və toxumun keyfiyyəti ilə bağlı analizlərin bu mərkəzlərin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparıldığını bildirərək, fermerləri bu laboratoriyaların potensial imkanlarından istifadə etmələrini məqsədəuyğun hesab edib.
Müşavirədə BSQTN DX-nin şöbə müdirinin müavini Murtuzəli Hacıyev “Toxumluq əkinlərə yazqabağı həyata kecirilən aqrotexniki qulluq işləri”, Əkinçilik ET İnstitutunun Şəki dayaq məntəqəsinin müdiri Məclum Şükürov ”Yeni yüksək məhsuldar sortların ilkin toxumculuğunun təşkili”, Toxumcu fermer Məhəmməd Hacıyev “Toxumculuqda mövcud problemlər” mövzularında çıxışlar etmiş və bu sahənin inkişafı ilə bağlı öz təkliflərini veriblər.
Müşavirədə iştirak edən fermerlər qarşılaşdıqları problemlər barədə söhbət açıb, problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb və onların həll olunması üçün müvafiq tövsiyələr verilib.
Sonda Əkinçilik ET İnstitutunun Şəki dayaq məntəqəsinin təcrübə sahələrinə, yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğularına baxış kecirilib.
Dənli bitki toxumlarının emalı zavodları mövsümə hazır vəziyyətə gətirilib
07 Iyun 2023
Taxıl biçini-2023: Düzgün dislokasiya və növbəlilik prinsipləri biçin prosesini sürətləndirir
07 Iyun 2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib
06 Iyun 2023
İdxal-ixrac olunan məhsullarda, istehsal və saxlanma yerlərində fumiqasiya tədbirləri davam etdirilir
06 Iyun 2023
Respublikada taxıl biçininə hazırlıq işləri tam başa çatıb
05 Iyun 2023