Şəki rayonunun Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov və Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə “Tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda tütün istehsalçıları ilə toplantı keçirilib. Tədbirdə həmçinin yerli icra hakimiyyəti orqanlarının, Meliorasiya və Su Təsərrüfatı ASC-nin və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.
İclasda Şöhrət Vəkilov və Rafail Quliyev çıxış edərək “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı tütün istehsalının artırılması üçün Şəki rayonunda geniş imkanların olduğunu vurğulamış, bu potensialın həyata keçirilməsi üçün sahələrin düzgün seçilməsi, toxum, texnika, mineral gübrələrlə təminat, tütün yarpağının tədarükü, satışı, emalı və digər məsələlərə dair yerli istehsalçıların və aidiyyəti qurumların fikirlərinin öyrənilməsinin vacibliyi qeyd edib.
Tədbirdə Şəki rayonunda tütün qəbulu məntəqələri, qurutma kameraları, şitilxanalar şəbəkəsinin genişləndirilməsi və tütün əkini sahələrində aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün ixtisaslaşdırılmış texnikalarla təmin edilməsi, emal müəssisələri ilə mülkiyyətçilər arasında müqavilə şərtləri və digər məsələlər müzakirə edilib.
Həmçinin iclasda tütünün yeni məhsuldar sortlarının yaradılması və toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, tarlalarda fermerlərə xüsusi təlim proqramlarının təşkili, innovativ becərmə texnologiyalarının tətbiqinin nümayiş etdirilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması və s. məsələlərlə bağlı təklif və tövsiyələr dinlənilib, aidiyyəti tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026