Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən bölgələrdə güzəştli qiymətlərlə səyyar gübrə satışı həyata keçirilir. Səyyar satışlar rayon mərkəzindən uzaq məsafələrdə yerləşən kəndlərdə təşkil olunur. Əsas məqsəd gübrələrin alışında fermerlərin sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısını almaq, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
İndiyədək Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Xaçmaz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən və Xızıda rayonlarında keçirilən səyyar gübrə satışından 1777 vətəndaş yararlanıb. Güzəştli qiymətlərlə səyyar gübrə satışı bütün regionlar əhatə olunmaqla mövsümün sonuna kimi davam etdiriləcək.
Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müqaricət etməsinə ehtiyac yaranmır.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barədə məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin, fermerlər səyyar satış xidmətlərinin təşkil olunacağı kəndlər barədə “Aqrolizinq” ASC-nin sosial şəbəklərdə olan rəsmi səhifələrində məlumat əldə edə bilər.
|
Səyyar satışın təşkil olunuduğu rayon |
Keçirilən kənd |
Xidmət göstərilən kəndlərin sayı |
Xidmət göstərilən Vətəndaş sayı |
|
21 |
31 |
134 |
1777 |
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026