Aqrar Xidmətlər Agentliyi fermerlərin nəzərinə çatdırır ki ,havaların isti keçməsi ilə əlaqədar ağacaqanadların aktiv mərhələsidir. Bu də xəstəliklərin,eləcədə Şmallenberq xəstəliyinin yayılmasına şərait yaradır. Bununla əlaqədar olaraq fermerlərdən həftədə azı bir dəfə heyvanları baytar həkiminin nəzarəti altında xüsusi dezinfeksiyaedici məhlullarla çimizdirilməsi xahiş olunur.
Bildiririk ki, Bunyavirus (Bunyaviride) ailəsinə məxsus olan, el arasında “üçgünlük” xəstəlik adlanan Şmallenberq virus xəstəliyi ilk dəfə 2011-ci ilin avqust ayında Almaniyada iribuynuzlu heyvanlar arasında aşkar edilib. Virusun adı xəstəliyin ilk dəfə aşkar olunduğu Şmallenberq şəhərinin adı ilə bağlıdır.
Şmallenberq virusu xəstəliyi heyvanlarda mədə-bağırsaq pozulması, qanda laxtalanmanın əmələ gəlməsi, hərarətin yüksəlməsi, doğulmuş balaların tələf olması və ya qüsurlu, ölü bala doğulması, məhsuldar heyvanlarda süd məhsulunun kəskin azalması ilə müşayiət edilir.
Şmallenberq transmissiv xəstəlikdir. Xəstəlik ağcaqanadlar, mığmığalar və digər qansoran həşəratlar vasitəsilə yayılır. Bu virus xəstəlik insana keçmir, yalnız heyvanlarda müşahidə edilir. Xəstəlik birbaşa heyvandan-heyvana da keçmir.
Xəstəliyin əsas klinik əlamətləri yemdən qalır, iştahası zəif olur, heyvan tez bir zamanda süst vəziyyət alır, onlarda vaxtından əvvəl doğuş başlayır, sağım çox aşağı düşür, boğazlığın axırıncı dövrlərində balasalma baş verir.
Simptomatik müalicəsi olaraq heyvandan qanalma və sistem köçürmə (NaCl -0.9%-li məhlulu və ya ringer məhlulu, diklofenak və ya deksametazon, B12, B6 və C vitaminləri tətbiq edilir, əzələyə isə antibiotik penstrep tətbiq edilir) yolu ilə həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, təsərrüfatlarında saxlanılan heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilərsə, dərhal sahə baytarlıq məntəqəsinə və ya rayon(şəhər) baytarlıq idarələrinə müraciət etsinlər.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026