Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin (AXA) “Səyyar Xidmət” Qrupu tərəfindən Füzuli, Beyləqan və ətraf rayonlardan olan mexanizatorlara lazımı xidmətlər göstərilib.
Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 49 mexanizatorun etibarlılıq müddəti bitən sürücülük vəsiqələri yeniləri ilə əvəz olunub. Bundan başqa, “Səyyar Xidmət” Qrupu tərəfindən 3 ədəd kənd təsərrüfatı texnikası qeydiyyata alınıb.
Sonda tədbir iştirakcılarına Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərə göstərilən xidmətlər barədə ətraflı məlumalar verilib. Həmçinin, mexanizatorlara texniki təhlükəsizlik qaydaları və dövlət rüsumları barədə bukletlər paylanılıb.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026