Kənd Təsərrüfatı Nazirlyində iri taxılçılıq təsərrüfatları və aqroparkların nümayəndələri ilə görüş keçirilib. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən görüşdə əsasən taxıl biçininə hazırlıq, kombayn və texnikalarla təminat məsələləri müzakirə olunub.
Görüşdə iri taxılçılıq təsərrüfatlarının nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il başlayacaq taxıl biçini mövsümündən etibarən “Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektara qədər sahəsi olan fermerlərin taxıl sahələrinin biçilməsinə üstünlük veriləcək. Yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcək. Görüşdə aqropark nümayəndələrinə lizinq yolu ilə öz kombaynlarını əldə etmək tövsiyə olunub.
Tədbirdə vurğulanıb ki, iri taxılçılıq təsərrüfatları hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə bağlı mövcud olan yeni qaydalara əsasən dövlət tərəfindən 40 faiz güzəşt tətbiq olunmaqla, 20 faiz ilkin ödəniş əsasında, yerdə qalan hissəni isə uzunmüdətli, faizsiz kredit əsasında “Aqrolizinq” ASC və ya özlərinin istədikləri təchizatçı şirkətlərdən əldə edə bilərlər.
Görüşün sonunda iri taxılçılıq təsərrüfatlarının təmsilçiləri ilə bu movzu ətrafında fikir mübadiləsi aparılıb, onların sualları ətraflı cavablandırılıb.

AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026