“Aqrolizinq” ASC cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün mexanizatorların maarifləndirilməsi ilə bağlı regionlarda görüşlər təşkil edir.
Aprel ayının 17-də “Aqrolizinq” ASC-nin Sabirabad regional nümayəndəliyi üzrə Neftçala, Salyan, Saatlı, İmişli, Hacıqabul rayonları, aprel ayının 18-də isə “Aqrolizinq” ASC-nin Ağcabədi və Cəlilabad regional nümayəndəlikləri üzrə Beyləqan, Xocavənd, Zərdab, Füzuli, Biləsuvar, Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara rayonları daxil olmaqla ümumilikdə 11 rayonun mexanizatorları, Cəmiyyətin məsul şəxsləri və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarının iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirədə 2019-cu ilin taxıl biçini üzrə yaradılmış işçi qrupunun fəaliyyəti, iş prinsipi, biçinin təşkili ilə bağlı əlaqəli mexanizmin qurulması və mexanizatorların biçini növbəli şəkildə biçməsinə riayət etməsi istiqamətində maarifləndirici işlər aparılıb. Bildirilib ki, bu il başlayacaq taxıl biçini mövsümündən etibarən “Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə sahəsi 50 hektardan aşağı olan fermerlərin taxıl sahələrinin biçilməsinə üstünlük veriləcək.
Tədbirdə mexanizatorların problemləri dinlənilib və problemlərin həlli istiqamətində işlər görülüb, onların sualları cavablandırılıb.
Qeyd edək ki, regionlarda taxıl biçininə hazırlıqla bağlı tədbirlər mütəmadi davam etdirilir. Növbəti həftə “Aqrolizinq” ASC-nin Yevlax, Bərdə və Şəmkir Regional Nümayəndəliyi üzrə maarifləndirici görüşlər keçiriləcək.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026