Arpa üzrə ən yüksək məhsuldarlıq Tovuz rayonundadır - 44 sentner.
Azərbaycanda taxıl biçini davam edir. Bugünədək ölkə üzrə zəmilərin 14,9 faizində biçin başa çatıb, 150794,4 hektar sahədən 453395,7 ton məhsul yığılıb. Biçilən sahələrin 147519 hektarı arpa, 3275,4 hektarı buğda sahələridir. İyunun 11-nə olan operativ məlumata görə, orta məhsuldarlıq 30,1 sent/ha, arpa üzrə 30 sent/ha, buğda üzrə 34 sent/ha təşkil edir.
Biçin prosesinə 1413 kombayn cəlb olunub. Bunlardan 517-si "Aqrolizinq" ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 185 kombayn dislokasiya olunub. Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 711 kombayn da iştirak edir. "Aqrolizinq"in kombaynları tərəfindən 58382 ha, hüquqi və fiziki şəxslərin kombaynları tərəfindən 92412,4 ha sahə biçilib.
Bugünədək arpa üzrə ən yüksək məhsuldarlıq Tovuz rayonunda qeydə alınıb - 44 sent/ha. Bərdə (39,7 sent/ha) Sabirabad (38,1 sent/ha), Saatlı (37,7 sent/ha), İmişli (37,6 sent/ha), Samux (37,6 sent/ha), Salyan (37,5 sent/ha), Ağdam (36,6 sent/ha), Qax (35,7 sent/ha), Tərtər (34,4 sent/ha) və Ağsu (33 sent/ha) rayonlarında məhsuldarlıq göstəricisi yüksəkdir.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640977,6 hektarı buğda, 369240,4 hektarı arpa sahələridir.
Biçin prosesi davam edir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026