Azərbaycanda buğda bitkisi, xüsisilə bərk buğda respublikanın bütün iqtisadi rayonlarında becərilir. Qida, qənnadı, makaron, çörəkbişirmə sənayesinin əsas xammalı olan buğda bitkisi respublikanın təxminən 1 milyon hektara yaxın əkin sahəsini əhatə edir.
Xüsusi əhəmiyyət kəsb edən taxılçılq sahəsinin inkişaf etdirilməsi hər zaman dövlətin diqqət mərkəzində saxlanılır. Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı yeni sortların yaradılması istiqamətində elmi tədqiqat işləri davam etdirilir. Tədqiqatlar nəticəsində əldə olunan yeni sortlar müxtəlif bölgələrdə fermer təsərrüfatlarında sınaqdan keçirilir. Əlamət və xüsusiyyətləri yüksək olan bu sortların seçilərək daha geniş ərazilərdə becərilməsi alimlərimiz tərəfindən tövsiyə olunur. Bununla belə yeni sortlara düzgün aqrotexniki qulluğun göstərilməsi çox vacibdir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutu ölkədə bərk buğda əkini ilə məşğul olan fermerlərə göstərilən elmi təminatı gücləndirmək məqsədilə görüşlər keçirir, becərmənin müasir elmi yanaşma əsasında həyata keçirilməsi ilə bağlı müzakirələr aparır. Fermerlərlə növbəti görüş ölkənin ən iri taxılçılıq rayonlarından olan Şəkidə baş tutub. Şəkidə taxılçılığın elmi əsaslarla inkişafına nail olmaq məqsədilə Əkinçilik Elmi- Tədqiqat İnstitutu ilə Şəki rayonunun Şorsu kənd sakini Əfqan Əsgərov və Qaratorpaq kənd sakini Natiq Məmmədov arasında əməkdaşlıq müqavilələri imzalanıb. Müqaviləyə əsasən fermerlər Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək, taxılçılıqda düzgün aqrotexniki qaydalara riayət etməklə yüksək və keyfiyyətli məhsul əldə edəcəklər.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026