Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun Abşeron təcrübə təsərrüfatında yeni sortların yaradılması istiqamətində işlər davam etdirilir. Taxılçılıqda sortların yaradılması müxtəlif üsullarla həyata keçirilir. Bunlardan ən geniş yayılmış üsulu hibridləşdirmədir.
İnstitutun direktoru Faiq Xudayev deyib ki, hibridləşmə əsasən növdaxili və növlərası olmaqla aparılır:” Hibridləşdirmə öz xüsusiyyətlərinə görə az və ya çox fərqlənən müxtəlif orqanizmlərin cinsi üsul və ya vegetativ orqanlarını bir-birinə calamaq yolu ilə birləşdirilməsinə deyilir və bunun nəticəsində alınan yeni orqanizmə isə hibrid deyilir. Hibridləşmə növdaxili və növlərası olmaqla aparılır. Əgər hibridləmə bərk buğdanın və yaxud yumşaq buğdanın sortları arasında aparılırsa buna növdaxili, yox əgər bərk buğda sortu ilə yumşaq buğda sortu arasında aparılırsa növlərarası hibridləşdirmə adlanır. Hibridləşdirməni aparmaq üçün ilkin olaraq başlanığıc materiallar seçilməlidir. Seçilmiş sortların əlamət və xüsusiyyətlərinə görə biri ana forma, digəri isə ata forma kimi götürülür. Ana forma kimi götürülmüş sortun yaxşı sünbülləri axtalanır (kastrasiya edilir), yəni, erkək tozluqlar sünbüldən tamamilə çıxarılır və kağız materialdan hazırlanmış qoruyucu paket axtalanmış sünbülün üzərinə keçirilərək aşağı hissəsindən boğucu vasitəsilə bağlanır. Əgər bu qoruyucu vasitə olan kağız paketdən istifadə olunmazsa kastrasiya olunmuş sünbül digər bitkilərin tozluqları vasitəsilə tozlanar və nəticədə hibridləşmə prosesi tədqiqatçının nəzərdə tutduğu ata sortun tozluqlarından deyil, təbii formada həyata keçmiş hesab olunacaq. Əgər bu proses bərk buğdanın “Bərəkətli-95” və “Qarabağ” sortları arasında, yaxud yumşaq buğdanın “Murov” və “Qobustan” sortları arasında aparılsa bu növdaxili hibridləşmə adlanacaq. Yox, əgər “Bərəkətli-95” ilə “Qobustan” sortu arasında aparılsa bu növlərarası hibridləşmə adlanacaq”.
Təcrübə işinə cəlb edilmiş əməkdaşların karantin rejiminin tələblərinə əməl etmələrinə ciddi nəzarət olunur. Sahədə iş zamanı məsafənin qorunması, maska, əlcəkdən istifadə etmələri təmin edilib.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026