Tərtər rayonunun Hacıqərvənd kəndində kənd sakinlərinin iştirakı ilə “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlimdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin Tərtər Rayon Baytarlıq İdarəsinin rəisi Murad Cəfərov bildirib ki, cari ilin 9 ayı ərzində rayonda nyukasl xəstəliyinə qarşı 479808 baş cavan quşda “La-sota” vaksini ilə, 354647 baş yaşlı quşda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb. Təkcə Hacıqərvənd kəndində nyukasl xəstəliyinə qarşı 14995 baş cücədə “La-sota” vaksini ilə, 19992 baş quşda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbiri həyata keçirilib.
Təlimdə fermerlərə nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin etiologiyası, patogenizi, kliniki əlamətləri, davamlılığı və mübarizə tədbirləri barədə geniş məlumat verilib, həmçinin nyukasl xəstəliyinin diaqnostikası, profilaktikası və ləğvinin dövlət vəsaiti hesabına, çiçək xəstəliyinin isə vətəndaşın öz vəsaiti hesabına aparıldığı bildirilib. Eyni zamanda, ev quşlarının saxlanması, bəslənməsi və infeksion xəstəliklərdən qorunması üçün əlavə tədbirlər barədə təsərrüfat sahibləri maarifləndirilıb.
Təlim zamanı bütün infeksion xəstəliklərdən qorunmaq məqsədi ilə quşçuluqda istifadə olunan damların, alətlərin, yem və su qablarının baytarlıq-sanitariya cəhətdən steril olması üçün vaxtlı-vaxtında dezinfeksiya və dezinseksiya işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, quşlar yemlənən zaman yemlərin tərkibində olan vitaminlərin və mineral maddələrin yemdə norması quşların tələbatına uyğun olaraq verilməlidir. Quşların saxlanılması zamanı vitamin və mineral maddələrin çatışmazlığı orqanizmin immun zəifliyinə səbəb olur ki, bu da müxtəlif infeksion və digər xəstəliklərin yoluxma riskini artırır.
Təlimin sonunda kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026