• Ana səhifə
  • Xəbərlər
  • SALYANDA “TEZYETİŞƏN PAMBIQ SORTLARI VƏ BU SAHƏDƏ TOXUMÇULUĞUN TƏŞKİLİ” MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİ...
SALYANDA “TEZYETİŞƏN PAMBIQ SORTLARI VƏ BU SAHƏDƏ TOXUMÇULUĞUN TƏŞKİLİ” MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB

 

Salyan rayonunda “Tezyetişən pambıq sortları və bu sahədə toxumçuluğun inkişafı” mövzusunda elmi-praktik müşavirə keçirilib. Elmi-praktiki müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Xidmətinin, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin,  “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin alim və mütəxəssisləri, Neftçala, Hacıqabul, Salyan, Saatlı, Sabirabad, Beyləqan və Biləsuvar rayon DAİM-nin əməkdaşları, eləcə də pambıq toxumçuluğu ilə məşğul olan fermer və sahibkarlar, pambıq istehsal edən şirkətlərin nümayəndələri iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafael Quliyev müşavirəni açaraq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda  aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərin nəticəsi barədə məlumat verib.  Bildirib ki, 2019-cu ilin məhsulu üçün nəzərdə tutulmuş 104.9 min ha pambıq əkin sahəsinə 2500 ton lifsiz pambıq toxumuna ehtiyac yaranıb və pambıq toxumuna olan təlabatın 90%-i idxal hesabına ödənilir. Hazırda Ucar rayonunda inşası davam etdirilən lifsiz pambıq toxumu zavodunun yaxın zamanda  fəaliyyətə başlaması ilə əlaqədar zavodun toxum xammalına olan tələbatının ödənilməsini təmin etmək məqsədi ilə bir sıra tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Rafael Quliyev pambıq toxumçuluğunun inkişafı ilə bağlı mövcud vəziyyət barədə məlumat verib.  

Elmi-praktiki müşavirədə respublikada pambıq toxumçuluğunun inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb və səmərəli təkliflər səsləndirilib.



  • A
  • A
  • A