Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından yüz tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.
Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1439,6 hektar meyvə bağı var. Ötən il bu bağlardan 11 min 995 ton məhsul tədarük olunub ki, bu da 2017-ci ildəkindən 881 ton çoxdur. Tədarük olunan meyvənin 272 tonunu alma, 212 tonunu armud, 330 tonunu alça, 406 tonunu heyva, 640 tonunu ərik, 158 tonunu şaftalı, 179 tonunu gavalı, qalanını isə digər meyvələr təşkil edib. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Rayonda mövcud olan 1137 hektar nar bağından 9 min 41 ton məhsul tədarük olunub. Tədarük olunan narın demək olar ki, yarıdan çoxu Udlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisindəki bağlardan yığılıb. Bağbanlar yetişdirdikləri narı yerli bazarlarla yanaşı, xarici bazarlara da göndəriblər.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026