Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Torpaqqoruyucu və resursmühafizəedici əkinçiliyin Azərbaycanda tətbiqinin perspektivləri” mövzusunda elmi-praktiki seminar keçirilib.
Seminarda Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, beynəlxalq ekspert, Özbəkistan Respublikası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında layihə rəhbəri, professor Əziz Nurbekov, Genetik Ehtiyatlar İnstitutunun nümayəndələri, Tərəvəzçilik elmi-tədqiqat İnstitutunun nümayəndələri, Üzümçülük və Şərəbçalıq Elmi-Tədqiqat İnstitutunun nümayəndələri iştirak ediblər.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai son dövrlərdə beynəlxalq ekspertlərin iştirakı müxtəlif prioritet mövzularda mütəmadi olaraq təlim seminarların keçirildiyini qeyd edib. O, gənclərin elmi dünyagörüşünün formalaşmasından və dünya elminə inteqrasiya etmələrindəki rolundan, elmi-tədqiqatların müasir dövrün tələbləri səviyyəsində qurulmasından danışıb. C. Təlai Əziz Nurbekovun fəaliyyəti haqqında ətraflı məlumat verərək, onun Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) layihə çərçivəsində dünya ölkələrinin maraq göstərdiyi “sıfır becərmə” üsulu ilə səpin apardığını və bu üsulun ənənəvi olaraq, müqayisəli şəkildə öyrəniləcəyini diqqətə çatdırıb.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov Kənd Təsərrüfatı naziri İnam Kərimovun müəyyənləşdirdiyi fəaliyyət istiqamətlərini seminar iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, idarəçilik və şəffaflıq, fermerlərə yaxın olmaq, onların problemlərinin həlli və innovasiyaların tətbiqi başlıca məsələlərdən biridir. İ.Cümşüdov aqrar elm qarşısında duran yeni çağırışlar haqda öz fikirlərini bildirib.
Daha sonra “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Məzahir Rzayev “Taxılçılıqda vəsaitə qənaətedici texnologiyaların öyrənilməsi”, beynəlxalq ekspert Əziz Nurbekov “Azərbaycanda konservasiyalı kənd təsərrüfatının inkişaf etdirilməsi perspektivlərinin müəyyən edilməsi” mövzusunda təqdimatla çıxış ediblər. Çıxışçılar bildirdilər ki, Yer kürəsində əhalinin sürətlə artması ərzaq təminatının qarşısında yeni vəzifələr müəyyən edib. 2050-ci ildə 9 milyard insanı qida ilə təmin etmək üçün ərzaq istehsalının indikindən 60% artırılması, iqlim dəyişməsi və bitkiçilik, suyun infiltrasiyasının yüksəldilməsi, buxarlanmanın azaldılması, əkinlərin vaxtında həyata keçirilməsi kimi aktual vəzifələr təmin olunmalıdır.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026