Kartof bitkisinin toxumçuluq işlərinin təşkili, ölkənin toxum idxalından asılılığının azaldılması məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqat və istehsalat işləri aparılır.
İnstitutunun Şəmkir Dayaq Məntəqəsi ilə yanaşı, Tovuz rayonunda yerləşən Təcrübə Stansiyasının dəniz səviyyəsindən 1800 metr yüksəklikdə olan Sarıtala ərazisindəki əkin sahələrində milli kartof sortlarının toxumları yetişdirilir. Burada rayonlaşdırılmış “Telman”, “Sevinc”, “Əmiri-600” sortlarının yüksək reproduksiyalı toxumlarının istehsalı ilə yanaşı, yeni sort nümunələrinin seleksiyası və kolleksiya materiallarının, həmçinin bir sıra xarici ölkələrdən gətirilmiş quraqlığa davamlı sort nümunələrinin, botaniki toxumlardan alınmış xəstəliyə davamlı klonların öyrənilməsi də həyata keçirilir.
Biotexnologiya laboratoriyasında əldə edilmiş virussuz kartof miniyumrularının əkinləri də ilk olaraq burada aparılıb.
Qeyd edək ki, toxumluq kartofun dağlıq ərazilərdə əkini aprel ayının ikinci yarısında, yığımı isə sentyabr ayının ikinci ongünlüyündən oktyabr ayının birinci öngünlüyünə qədər aparılır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026