Tovuz rayonunda BMT-nin Ərzaq və Kənd Təssərrüfatı Təşkilatının (FAO) “Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyədə çəyirtkəkimilərin idarə edilməsinin təkmilləşdirilməsi proqramı” (GCP/SEC/004/TUR) çərçivəsində təlim keçirilib.
Təlimdə “Çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, o cümlədən Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDS)” ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri çəyirtkələrin monitorinqi və məlumatların idarə olunması, həmçinin çəyirtkəkimilərin bioloji və ekoloji xüsusiyyətləri, eləcə də sürü əmələ gətirən çəyirtkələrin identifikasıyası barəsində iştirakçılara məlumat veriblər. Təlim zamanı çəyirtkəkimilərin 20-yə yaxın növünün sürü əmələ gətirdiyi, bunlardan Mərakeş (Dociostaurus maroccanus), İtaliya (Сalliptamus italicus) və Asiya (Locusta miqratoria) çəyirtkələrinin Azərbaycanda geniş rast gəlinən növlər olduğu iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində AXA-nın mütəxəssisləri tərəfindən “Çəyirtkəkimilərin müşahidəsi zamanı ASDS sistemindən istifadə” mövzusunda məruzə dinlənilib, eyni zamanda “Planşetlə formaların doldurulması” və “Doldurulmuş formaların yoxlanılması, redaktə edilməsi” mövzularında iştirakçılara praktiki məşğələlər keçirilib.
“Çəyirtkələrlə mübarizədə müasir strategiya və texnologiyalardan istifadə olunması” mövzusunda çıxış edən AXA-nın məsul əməkdaşı Yaqub Cəfərov çəyirtkəkimilərə qarşı aparılan mübarizə çərçivəsində dərmanlanmanın həyata keçirilməsi qaydası və pestisid riskinin azaldılması, çəyirtkələrlə mübarizədə preventiv strategiyanın həyata keçirilməsi, eləcə də çəyirtkələr əleyhinə mübarizə zamanı UMO və ya tamhəcmli çiləmənin aparılması və pestisidlərin tətbiqi texnologiyası barəsində təlim iştirtakçılarına məlumat verib. Həmçinin, tədbir çərçivəsində çiləyicilərin kalibrlənməsi, hazırlanması və çiləmənin aparılması haqqında iştrakçılara praktiki məşğələlər keçirilib.
Təlimdə, həmçinin “Çəyirtkələrlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması” mövzusuna da toxunulub və çəyirtkələrlə mübarizə kampaniyası dövründə yaranan risklər, eləcə də risklərin müəyyən edilməsi və ən çox riskə məruz qalan canlılar barədə məlumat verilib.
İki gün davam edən təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026