Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq çərçivəsində işsiz və işaxtaran şəxslərə Meyvəçilik və Çayçılıq ETİ-nin əməkdaşları tərəfindən “Peşə təhsili müəssisəsi”nin müəyyən etdiyi qaydada təlim-tədris dərslərinin keçirilməsi və maarifləndirilməsi nəzərdə tutulub. “Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi” peşəsinin mənimsənilməsi sahəsində keçiriləcək təlim-tədris dərsləri “Peşə fəaliyyətinin ümumi əsasları”, “İxtisas modulları” və “Yekun qiymətləndirmə” mövzularını əhatə edəcək.
İlkin mərhələdə kursa cəlb edilmək üçün 12 müdavim seçilib. Onlara 2 ay müddətində yeni hazırlanmış təlim modulundan istifadə edilməklə dərslər keçiriləcək.
Kursun ilk günündə müdavimlərə kurs haqqında ümumi məlumat, nəzəri və praktiki dərslərin ardıcıllığı, davamiyyət, təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Müdavimlər praktiki dərslərin keçiriləcəyi laboratoriya, iqlim otaqları və istixana ilə tanış olublar.
Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə Meyvəçilik və Çayçılıq ETİ və Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən peşə sertifikatları təqdim ediləcək və fərqlənən müdavimlər işlə təmin olunacaqlar.
27-28 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
26 Iyul 2024
Yardımlıda Aqrar Biznes Festivalı keçirilib
25 Iyul 2024
AFAQ layihəsi çərçivəsində Tovuz rayonunda qadın fermerlərə dəstək göstərilib
25 Iyul 2024
Respublikada taxıl biçini ilə bağlı müsabiqə elan edilib
24 Iyul 2024
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
24 Iyul 2024