Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata kecirilir.
Cari ilin may ayından Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən özəl və dövlət toxumçuluq təsərrüfatlarında Dövlət Reyestrində qeydiyyata alınmış taxıl sortlarının aprobasiyasına (toxumluq əkinlərin sorttəmizliyi, xəstəlik və zərərvericilərə yoluxması, alaqlanma dərəcəsi və s.) başlanılıb. Artıq suvarılan aran bölgələrində toxumluq əkinlərin aprobasiyası yekunlasır, dağlıq və dağətəyi bölgələrdə isə davam etdirilir. Ümumilikdə, toxumluq əkin sahələrinin 70% aprobasiyadan keçmiş, 30%-də isə aprobasiya prosesi davam etdirilir. Müvafiq standartın tələblərinə cavab verməyən sahələr çıxdaş edilib. Mövsüm ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq toxum istehsalçılarına toxumluq əkinlərə aqrotexniki qulluğa dair (mineral gübrələrdən istifadə, alaqlara və xəstəliklərə qarşı mübarizə və s.) müvafiq məsləhətlər verilib. Aprobatorlar tərəfindən aprobasiyasına icazə verlmiş toxumluq əkinlərin məhsulunun yığılması, toxumun təmizlənməsi və kondisiyaya çatdırılması haqqında təsərrüfat rəhbərlərinə müvafiq tövsiyələr verilib.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026