2018-ci ilin payızında 2019-ci ilin məhsulu üçün əkilmiş dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatı artıq başa çatıb. Qeydiyyatın aparılmasında əsas mədsəd toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi, aqrotexniki tədbirlərin həyata kecirilməsi ücün tövsiyyələrin verilməsi, həmcinin aprobasiya aparılacaq sahələrin əvvəlcədən məyyən edilməsidir. Bölğələrdə toxumluq əkin sahələrinin qeydiyyatı 30 dekabr 2018-ci il tarixdən başlayaraq Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin (RTSM) müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılıb, qəbul edilmiş sənədlər Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib. Ümumilikdə respublika üzrə 61 min hektardan artıq toxumluq əkin qeydiyyata alınıb.
Qeyd edək ki, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinğlik əkin sahələrinin uçotunun dəqiq və müəyyən edilmiş müddətdə aparılması məqsədilə yeni qeydiyyat kitabçaları hazırlanıb, Dövlət Xidməti tərəfindən möhürlənərək RTSM-nin rayonlar üzrə baş aqronomlarına verilib, həmçinin toxumluq əkinlərin elektron qaydada qeydiyyatının aparılmasına başlanılıb. Bu istiqamətdə işlər yaxin zamanlarda yekunlaşacaqdır. Bu da toxumluq və ting əkinlərinin ucotunun dəqiq aparılmasında şəffaflığın tam təmin olunmasına zəmin yaradacaqdır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026