Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata kecirilir.
Artıq 2018-ci ilin payızında 2019-ci ilin məhsulu üçün əkilmiş dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatı həyata kecirilib. Bunun əsas mədsədi toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi, aqrotexniki tədbirlərin həyata kecirilməsi ücün tövsiyyələrin verilməsi, həmcinin aprobasiya aparılacaq sahələrin əvvəlcədən məyyən edilməsidir. Bölgələrdə toxumluq əkin sahələrinin qeydiyyatı 30 dekabr 2018-ci il tarixdən Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin (RTSM) müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılıb, qəbul edilmiş sənədlər Dövlət Xidmətininə təqdim edilib. Hazırda Tovuz RTSM-in əhatə etdiyi rayonlar üzrə (Tovuz, Akstafa, Şəmkir, Gədəbəy, Qazax) 3233 hektar, Ucar RTSM-in əhatə etdiyi rayonlar üzrə (Ucar, Zərdab, Agdaş Kürdəmir, Göycay) isə 3693 hektar toxumluq əkinlər qeydiyyata alınıb. Digər bölgələr üzrə məlumatlar dəqiqləşdirildikdən sonra internet səhifəsində yerləşdiriləcəkdir.
Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinglik əkin sahələrinin uçotunun dəqiq müəyyən edilmiş müddətdə aparılması məqsədilə yeni qeydiyyat kitabçaları hazırlanıb, Dövlət Xidməti tərəfindən möhürlənərək RTSM-in rayonlar üzrə baş aqronomlarına verilib, həmçinin toxumluq əkinlərin elektron qaydada aparılmasına başlanılıb, bu istiqamətdə işlər yaxın zamanlarda yekunlaşacaqdır. Bu da toxumluq və ting əkinlərinin ucotunun dəqiq aparılmasina şəffaflığın tam təmin olunmasına zəmin yaradacaqdır.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026