Toxumluq əkin sahələrində məhsuldarlıq 35 sentnerdən yüksəkdir
Respublikada istehsalçı fermerlərin sertifikatlı buğda və arpa toxumlarına olan tələbatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir. Ötən ilin payızında 2018-ci ilin toxumluq məhsulu üçün 60 min hektara yaxın sahədə əkin aparılıb.
Sort təmizliyi və keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxum əldə etmək üçün aprobasiyasına icazə verilmiş 49 min hektar sahənin 82 faizində biçin aparılıb və hazırda biçin davam edir. Toxumluq sahələrdə orta məhsuldarlıq 35 sentnerdən yüksəkdir. Biçini başa çatdırmış toxumçuluq təsərrüfatlarında toxumların təmizlənməsinə başlanılıb.
Tədarük olunan toxumluq məhsulun təmizlənərək kondisiyaya çatdırılması üçün onun nəmliyi 12%-dən yüksək və təmizliyi 98%-dən aşağı olmamalıdır. Nəmliyi və təmizliyi uyğun olmayan toxumların cücərmə qabiliyyəti və təsərrüfat yararlılığı aşağı olur. Bu səbəbdən də Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti toxumların optimal müddətdə təmizlənərək kondisiyaya çatdırılması üçün yerli qurumların mütəxəssislərinə mütəmadi olaraq toxumçuluq təsərrüfatlarında olması və toxumluq məhsulun dərmanlanması, qablaşdırılması, etiketlənməsi və partiyalarla yığılması haqqında toxum istehsalçılarını təlimatlandırmaq tapşırılıb.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026