Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən 2018-ci ildə dövlət və özəl toxumçuluq təsərrüfatlarında istehsal olunmuş və kondisiyaya çatdırılmış payızlıq dənli-taxıl (buğda və arpa) toxumlarının sertifikatlaşdırılması üçün toxumçuluq təsərrüfatlarında monitorinqlər həyata keçirilir.
Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əmri ilə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət 9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq təsərrüfatlarında monitorinq həyata keçirib və hazırda bu proses başa çatmaq üzrədir. Dövlət Xidmətinin rəhbərliyi tərəfindən bu tədbirin həyata keçirilməsində iştirak edən bütün mütəxəssislərə şəffaflığın təmin olunması üçün müvafiq tapşırıq və tövsiyyələr verilib.
Dövlət xidmətinin mütəxəssisləri Şamaxı Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin əhatə etdiyi rayonlarda toxumçu fermerlərin iştirakı ilə (Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Göyçay) 33 toxumçuluq təsərrüfatında toxumun anbarda saxlanılmasına, qablaşdırılmasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış keçirilib. Kondisiyalı toxumlara baxış zamanı Şamaxı RTSM üzrə 4362 ton (33 təsərrüfatda) təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülmüşdur. Hazırda toxumların keyfiyyət analizləri davam edir. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar, həmin RTSM tərəfindən sertifikatlaşdırılacaq. Digər bölgələrdə monitorinqlər davam etdirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026