Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar sertifikatlaşdırılacaqdır.
2018-ci ildə toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub kondisiyaya çatdırılmış, dənli-taxıl (bugda, arpa) bitkilərinin toxumlarının dağlıq və dağətəyi, o cümlədən aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi ilə sertifikatlaşmaya hazır toxumlara baxış keçirilməsinə başlanılıb.
Bu məqsədlə 17 avqust 2018-ci il tarixdən etibarən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət 9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq təsərrüfatlarında monitorinq keçirib və hazırda bu proses başa çatmaq üzrədir.
Dövlət xidmətinin mütəxəssisləri Şəki Reğional Toxum Sertifikatlaşdırma Mərkəzinin əhatə etdiyi rayonlarda (Şəki, Oğuz, Oəbələ) toxumçu fermerlərin iştirakı ilə 27 toxumculuq təsərrüfatında toxumun anbarda saxlanılmasına, qablaşdırımasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya catdırılmasına baxış kecirib. Kondisiyalı toxumlara baxış zamanı Şəki Reğional Toxum Sertifikatlaşdırma Mərkəzi üzrə 27 təsərrüfatda 5286 ton təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından Reğional Toxum Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Hazırda toxumların keyfiyyət analizləri aparılır. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar, həmin Reğional Toxum Sertifikatlaşdırma Mərkəzi tərəfindən sertifikatlaşdırılacaqdır.
Diğər bölğələrdə monitorinqlər davam etdirilir.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026