Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Xurma bağlarını 10 il əvvəl salmışam. Bu meyvə ağacları Tərtər rayonunun torpağına və iqlim şəraitinə çox uyğundur. Bu səbəbdən 2008-ci ildə 10 hektar ərazidə bağ salmaq qərarına gəldik”. Bu fikirləri Tərtər rayonunda fəaliyyət göstərən “Aqrokənd” MMC-nin rəhbəri Zəfər Nəsirov deyib.
Onun sözlərinə görə xurma tingləri 5-6 ildən sonra meyvə verməyə başlayır: “Ən yaxşı halda hər hektardan 15 ton məhsul yığırıq. Ağaclara ilboyu aqrotexniki qulluq göstərilir. Yüksək məhsul əldə etmək üçün ağaclar vaxtında budanmalı, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmalıdır. Budama çox vacibdir, ağaclar budandıqdan sonra sahə alaq otlarından təmizlənməli, bağ vaxtlı-vaxtında sulanmalıdır”.
Zəfər Nəsirovun sözlərinə görə, hazırda xurma bağlarında mövsümi meyvə yığımı davam edir. Yığılan məhsul soyutma anbarlarında saxlanır və qış aylarında əsasən Rusiyaya ixrac olunur: “Hazırda İrəvanlı kəndində hər evdən ən azı bir nəfər burada işlə təmin olunub. Mövsümi meyvə yığımı ilə bağlı Göyçay rayonundan da 20 nəfər işə cəlb etmişik. Onlar əsasən qablaşdırma işləri ilə məşğuldurlar. İl boyu bağlarımızda 20 nəfər daimi işlə məşğuldur, mövsüm zamanı isə bu rəqəm 60 nəfərə çatır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026