Respublika ərazisində karantin rejimi davam etdiyi üçün Aqrar Elm və İnnovasiya Mərkəzi yerli strukturları ilə məsafədən idarəetmə qaydalarının tətbiqini davam etdirir.
Növbəti videokonfrans Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) bölgələrdəki təcrübə təsərrüfatlarının rəhbərləri ilə keçirilib. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdovun idarə etdiyi videokonfransa direktor müavinləri Fərman Kərimov, Samir Süleymanov, Əkbər Abbasov məsafədən onlayn rejimdə iştirak ediblər.
ÜŞETİ-nin direktoru Vüqar Səlimov institutun illik elmi və təsərrüfat hesabatını təqdim edib. Abşeron, Şamaxı və Gəncədə yerləşən təcrübə təsərrüfatlarının rəhbərləri bağlarda mövsümi qulluq işlərinin gedişi və davam etdirilən tətqiqat mövzuları ilə bağlı məlumat veriblər. Bildirilib ki, Abşeron təcrübə təsərrüfatının 22 hektarlıq ərazisində “Kişmişi”, ”Şanı”, “Mədrəsə”, “Ağadayı” və “Moldova” sortlarından ibarət 5 hektarda kolleksiya bağı, 2,5 hektarda isə tinglik sahəsi salınıb, hazırda təsərrüfatda aktiv qulluq işləri davam etdirilir. Şamaxıda yerləşən təsərrüfatdakı 18 hektarda isə bölgənin torpaq-iqlim şəraitinə uyğunlaşmış yerli sortların tingliyi təşkil edilib. Gəncə Təcrübə Təsərrüfatının 40 hektarlıq bağında isə calaqaltı və kolleksiya sahəsi salınmış, eyni zamanda introduksiya olunmuş bir sıra sortların adaptasiya xüsusiyyətləri öyrənilir.
Videokonfransda karantin günlərində həyata keçirilən tədbirlər haqqında məsələlər də müzakirə olunub. Yaz-tarla işlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması, fermerlər üçün məsafədən maarifləndirmə təlimlərinin daha da gücləndirilməsi və digər cari məsələlərlə bağlı tapşırıqlar verilib.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026