Dövlət Toxum Fondunun dəvəti ilə Rusiyanın Krasnodar vilayətindən olan aqronom və mütəxəssislər Azərbaycanda səfərdə olub. Səfərdə məqsəd fermer və təsərrüfat sahibləri ilə görüşlər keçirmək, toxumluq sahələrdə düzgün aqrotexniki qulluq işləri barədə məlumat verməkdən ibarət olub.
Nümayəndə heyəti Xaçmaz və Qobustan rayonlarında əkin sahələrinə baxış keçirib. Məlumat verilib ki, son illər yerli fermer və toxumçular tərəfindən yüksək məhsuldarlıqla nəticələnən Qrom, Tanya, Alekseiç elit buğda sortları, o cümlədən Fondun təşəbbüsü ilə Dövlət Reyestrinə qeydiyyata alınmış Qomer yumşaq buğda sortundan bu il də yüksək məhsuldarlıq gözlənilir.
Rusiyalı mütəxəssislər fermerlərlə görüşündə bildiriblər ki, əkin sahələrindən səmərəli istifadə və yüksək məhsul alınması üçün ilk növbədə torpaq becərmə üsullarına diqqət yetirmək lazımdır. Ümumiyyətlə isə taxılçılıqda yüksək məhsulun alınması üçün kompleks tədbirlər vaxtı-vaxtında həyata keçirilməlidir. Belə ki, torpaq düzgün hazırlanmalı, yüksək reproduksiyalı toxumdan istifadə olunmaqla səpin vaxtında aparılmalı, səpin normasına düzgün əməl olunmalıdır.
Qeyd edək ki, Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilir.
Dənli bitki toxumlarının emalı zavodları mövsümə hazır vəziyyətə gətirilib
07 Iyun 2023
Taxıl biçini-2023: Düzgün dislokasiya və növbəlilik prinsipləri biçin prosesini sürətləndirir
07 Iyun 2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib
06 Iyun 2023
İdxal-ixrac olunan məhsullarda, istehsal və saxlanma yerlərində fumiqasiya tədbirləri davam etdirilir
06 Iyun 2023
Respublikada taxıl biçininə hazırlıq işləri tam başa çatıb
05 Iyun 2023