Aqrar Elm və İnnovasiya Mərkəzi ilə Dövlət Toxum Fondu ölkəmizdə geniş yayılmamış yem bitkilərinin tanıdılması, fermer təsərrüfatlarında yayılması üzrə birgə əməkdaşlığa başlayıb. Cari təsərrüfat ilində xaşa bitkisinin nümayiş məqsədi ilə əkin sahələrinin yaradılması, bitkinin aqrotexnikasının, xəstəlik və torpaq-iqlim amillərinə adaptasiyası məsələlərinin tədqiq olunması qərara alınıb. Bu məqsədlə Dövlət Toxum Fondu tərəfindən təmin olunmuş toxumla Beyləqan RAEİM-in ərazisində 1 hektar, Quba RAEİM-də 1 hektar, Salyan RAEİM-də 1 hektar, Gəncə RAEİM-in ərazisində isə 1,5 hektarda bitkinin əkini aparılıb. Mart ayının sonunda aparılmış səpin nəticəsində artıq sahələrdə bitkinin optimal çıxışı əldə olunub.
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli, Beyləqan RAEİM-in direktoru Mirağa Kazımov və bölgə fermerlərinin iştirakı ilə sahəyə ilkin baxış keçirilib, xaşa bitkisinin aran bölgəsi üçün vegetasiya səviyyəsi təhlil olunub. Fermerlərə bildirilib ki, Rusiya Federasiyasından gətirilmiş “Pesçannıy-1251” (“Песчаный-1251”) sortu hektara 3,5-4 milyon dən hesabı ilə səpilir. Sort stress amillərinə, xüsusi ilə quraqlığa qarşı davamlıdır, yaşıl kütləsi bir metrə qədər yüksəlməklə məhsuldarlığı yüksəkdir. Qumsal, ağır torpaqlar üçün tələbkardır. Nektartutumuna görə iri və xırdabuynuzlu heydandarlıqla yanaşı arıçılıq üçün də əvəzolunmaz yem mənbəyi hesab edilir. Sahədə növbəli əkin sisteminin qurulması üçün çox əlverişli bitki olmaqla torpağın keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Bitki sahədə yayılan alaqlara qarşı bioloji mübarizə aparmaqla özündən sonra əkiləcək bitkilərin inkişafına münbit zəmin yaradır, fermerlərin əlavə xərclərini azaldır. Yonca kimi qidalılıq dəyəri yüksək olduğu üçün heyvandarlıqda qüvvəli yemləndirmənin təşkilinə mühüm təsir göstərir.
Sahədə keçirilmiş müzakirə zamanı bitkinin digər xüsusiyyətləri də fermerlərin diqqətinə çatdırılıb. Bildirilib ki, bu aydan başlayaraq xaşa əkilmiş rayonlar üzrə fermerlər arasında bitkinin əkin qaydaları, təsərrüfat üstünlükləri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026