Azərbaycanda taxıl zəmilərinin 49,1 faizində biçin başa çatıb. İyunun 24-nə olan operativ məlumata görə, 496412,6 hektar biçilmiş sahədən 1566798,6 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.
Arpa sahələrinin biçini yekun mərhələyə qədəm qoymaqdadır. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, indiyədək 289695,3 hektar sahədə biçin başa çatıb. Sahələrdən 880080,5 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,4 sentner təşkil edir. Yaxın zamanlarda Aran bölgəsi və dağətəyi rayonlarda arpa biçininin tam yekinlaşacağı gözlənilir.
Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 206717,1 hektarında biçin yekunlaşıb. Sahələrdən 686718,1 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 33,2 sentner təşkil edir.
Bu günə olan operativ məlumata görə, biçin prosesində 1694 kombayn iştirak edir. Bunlardan 592-si "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 183 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 919 kombayn iştirak edir.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.
Biçin davam edir.
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyi üzrə 237 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edilib
18 Avqust 2026
Qusarda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Bootcamp keçirilib
18 Avqust 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
17 Avqust 2026
Qusarda Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı keçirilib
17 Avqust 2026