“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tərəfdaşlığı ilə “Yaylaq Könüllü Düşərgəsi”nə start verildi. Belə ki, qeydiyyat üzrə müsahibə prosesi əsasında seçilən iştirakçılar 5 gün davam edəcək layihə çərçivəsində Gəncə, Göygöl, Goranboy və Şəmkir rayonlarında yerləşən təsərrüfat sahələrində olacaq, təlim və aqrar komplekslərə ekskursiyalarda iştirak edəcəklər.
Aqrar sahəyə marağın artırılması və bu sahədə ixtisaslaşmış kadr potensialının inkişafına dəstək məqsədilə keçirilən “Yaylaq Könüllü Düşərgəsi” layihəsinin açılış mərasimi Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində baş tutub. Tədbiri giriş sözü ilə açıq elan edən Universitetin rektoru İbrahim Cəfərov könüllülərə və iştirakçılara uğurlar arzulayıb.
“Aqrar İnkişaf Könüllüləri”nin fəaliyyət istiqamətləri, məqsədləri və gələcək hədəfləri barədə məlumat verən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Sarvan Cəbrayılzadə çıxışı zamanı seçilən iştirakçıları təbrik edib, onlara layihə zamanı və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.
Tədbir zamanı çıxış edən Kənd Təsərrüfatı Nazirliyi İnsan Resurslarının İdarəedilməsi şöbəsinin müdiri Elvin Paşayev öz çıxışında könüllülüyün insan kapitalının inkişafında vacib bir mərhələ olduğunu, dövlət tərəfindən insan kapitalına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyillərini daha da artırmasının vacibliyini vurğulayıb və “Yaylaq Könüllü Düşərgəsi” kimi layihələrin bu məqsədlərin həyata keçirilməsində xüsusi rol oynadığını bildirib.
Sonra isə “Aqrar Tədqiqatlar Mərkəzi”nin direktoru Firdovsi Fikrətzadə, Gəncə şəhər İcra başçısının I müavini Elnur Rzayev və Gəncə şəhər Gənclər və İdman baş idarəsinin rəisi Müşfiq Cəfərov könüllülük hərəkatının geniş vüsət almasında və aqrar sahənin də bu istiqamətdə daha çox inkişaf payı götürməsinin vacibliyindən danışıb, aqrar sahənin inkişafına ictima dəstəyin göstərilməsi yolunda “Aqrar İnkişaf Könüllüləri” Təşkilatına uğurlar arzu ediblər.
Qeyd edək ki, layihə ərzində iştirakçılar, debat-simulyasiya, video-çarxların hazırlanması kimi fəaliyyətlərdə, habelə “Aqrar Marketinq və Kənd Təsərrüfatı haqqında fundamental biliklər”, “Heyvandarlıq” və digər əlaqəli beynəlxalq məlumatlı mövzularında təlimlərdə iştirak edəcəklər.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdərədə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
06 Noyabr 2026
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
06 Noyabr 2026
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası Yevlax rayonunda keçirilib
06 Noyabr 2026
Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib
05 Noyabr 2026
Bərdə rayonunda toxum sərgi satış yarmarkası və panel müzakirə keçirilib
05 Noyabr 2026