Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEIM) Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanın torpaq-iqlim şəraitinə uyğun pambıq sortlarının yaradılması” layihəsinin müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib.
Videokonfransda AEİM-in direktoru İmran Cümşüdov, direktor müavini Fərman Kərimov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov, şöbə müdirləri Ələddin Tağıyev və Mahirə Vəliyeva, türkiyəli seleksiyaçı Süleyman Çiçək, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Rühəngiz Məmmədova iştirak ediblər.
Videokonfransda 2019-cu ildə Türkiyədən introduksiya olunmuş və yerli 12 pambıq sortu arasında 72 kombinasiyada 50 çiçəkdə resiprok hibridləşmə aparılması məsələləri müzakirə olunub. Hibrid bitkilərin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, türk və azərbaycanlı seleksiyaçıların məqsədi yerli şəraitə uyğun məhsuldar, tezyetişən, yüksək lif çıxımına və texnoloji keyfiyyətə malik, fermerlərin tələbinə cavab verən yeni sortlar yaratmaqdır. Mütəxəssislər hesab edir ki, yaradılacaq pambıq sortları ölkəyə toxum idxalının qarşısını alacaq.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026