Kənd Təsərrüfatı Nazirliyi payız əkinləri üçün subsidiya almaq istəyən fermerlərin əkin bəyanlarının qəbuluna başlayıb. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermerlər öz elektron kabinetlərinə daxil olub, payız mövsümü üçün əkin sahəsi, əkdikləri məhsul barədə məlumatı daxil etməlidirlər. Bu, fermerlərin 2020-ci ildən yeni qaydalarla alacaqları subsidiya üçün müraciət formasının əsas hissəsidir. Yeni subsidiya qaydaları elektron hökumət sistemi ilə əlaqəli olduğundan fermerlərin əkin bəyanlarında, daxil etdikləri məlumatlarda dürüstlük tələb olunur. Əkin bəyanlarının doğru doldurulması ilə bağlı Nazirlik təlimlər təşkil edib, məlumatlandırıcı çap materialları hazırlanaraq fermerlərə verilməsi üçün bütün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib (http://akia.gov.az/pdf/20191106055630pdfeOtdHc.pdf). Maarifləndirici videoçarx mərkəzi telekanallarda və KTN-nin sosial media səhifələrində yayımlanıb (https://www.youtube.com/watch?v=OUvXO-v3DgY).
Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, gələn ildən etibarən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Fermerlərə subsidiyaların verilməsini, habelə Nazirliyin müxtəlif qurumlarının bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.
Qeyd edək ki, yeni qaydalarla veriləcək subsidiyaların əmsalları Aqrar Subsidiya Şurası tərəfindən elan edilib (http://akia.gov.az/az/single/36). AKİA yeni əmsallarla veriləcək subsidiyanın hesablanması üçün elektron kalkulyator tətbiqi hazırlayaraq saytında yerləşdirib (http://www.akia.gov.az/az/calc/?fbclid=IwAR1GSCzgCu6aFSpIMXOxS9ln32UZEyYVX5mIkmefuI9SWbd96ftKl8hSZro).
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026