• Ana səhifə
  • Xəbərlər
  • Zaqatalada xüsusi təhlükəli xəstəliklərə qarşı epizootik tədbirlər həyata keçirilib
Zaqatalada xüsusi təhlükəli xəstəliklərə qarşı epizootik tədbirlər həyata keçirilib

“Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, Zaqatalada aparılan baytarlıq tədbirləri sayəsində rayonda bəslənən heyvanlar arasında hər hansı xüsusi təhlükəli xəstəliyə təsadüf edilmir. Odur ki, rayonda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün AXA-nın Zaqatala Rayon Baytarlıq İdarəsi aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir. 

Belə ki, cari ilin 10 ayı ərzində Zaqatala Rayon Baytarlıq İdarəsi və 19 sahə baytarlıq məntəqəsi həm iri fermer, həm də fərdi təsərrüfatlarda 43453 baş (o cümlədən 4173 baş cavan iribuynuzlu heyvanda) iribuynuzlu, 109659 baş (o cümlədən 29484 baş cavan xırdabuynuzlu heyvanda) xırdabuynuzlu və 2030 baş təkdırnaqlı heyvanda qarayara, 9 baş iribuynuzlu, 3298 baş itdə və 4900 baş vəhşi heyvanda (oral yolla) quduzluq, 79036 baş (o cümlədən 6928 baş cavan xırdabuynuzlu heyvanda) xırdabuynuzlu heyvanda çiçək, 78134 baş (o cümlədən 1264 baş iribuynuzlu cavan iribuynuzlu heyvanda) iribuynuzlu və 108807 xırdabuynuzlu heyvanda dabaq, 48379 baş (o cümlədən 5927 baş iribuynuzlu cavan iribuynuzlu heyvanda) iribuynuzluda nodluyar dermatit, 3693 baş iribuynuzlu və 382 baş xırdabuynuzlu heyvanda leptospiroz, 5977 baş iribuynuzlu (Şt-19) və 99110 baş xırdabuynuzluda (Rev-1) heyvanda buruselyoz, 215852 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 252656 baş ev quşunda (“H” ştammı ilə) nyukasıl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.

Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə 1379 baş ana qoyundan, 2084 qoçdan və 484 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq Qida Təhlükəsizliyi Agentliyinin Regional sınaq laboratoriyasına göndərilib. Əlavə olaraq, 2084 baş qoçun qanı epididimitə görə seroloji müayınə edilməsi məqsədi ilə laboratoriyaya təqdim edilib.

Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin 10 ayı ərzində 950 quşda askaridioza, 380 baş iribuynuzlu və 380 baş xırdabuynuzlu heyvanlarda diktikaulyoza, 380 baş iribuynuzlu və 950 baş xırdabuynuzlu heyvanda fassilyoza, eləcə də 950 baş xırdabuynuzlu heyvanda monezioza görə koproloji müayinələr aparılıb.

Rayonda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya, dezinseksiya və çimizdirmə işləri də diqqətdə saxlanılıb. Rayonda cari ilin 10 ayı ərzində mütəxəssislər tərəfindən 1250 obyektin 66534 kvadratmetr sahəsində profilaktik, 16 obyektin 1350 kvadratmetr sahəsində məcburi dezinfeksiya və 3 obyektin 400  kvadratmetr sahəsində isə dezinseksiya işləri görülüb.  Eləcə də 14954 iribuynuzlu və 42044 baş xırdabuynuzlu heyvanlarda çimizdirmə tədbirləri aparılıb.

AXA bildirir ki, hazırda Zaqatala rayonunda xırdabuynuzlu və iribuynuzlu heyvanların buruselyozuna qarşı peyvəndləmə və dezinfeksiya işləri davam etdirilir.

Heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon (şəhər) baytarlıq idarələri AXA tərəfindən bioloji preparatlarla təmin olunmaqla peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl edilməklə heyvanlara tətbiq edilir.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il rayonun kənd təsərrüfatı heyvanlarını xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq 2020-ci ildə GMP və biotəhlükəsizlik standartlarına cavab verən yüksək keyfiyyətli peyvənd vasitələrindən istifadə edilib. Belə ki, cari ildə Şt-55 vaksininin 30%-li qliserin məhlulunda hazırlanmış maye formasına üstünlük verilib. Həmçinin, dabaq əleyhinə iri və xırdabuynuzlu heyvanlarda tətbiq olunan vaksinlərin də yüksək keyfiyyətli yağ tərkibli Türkiyə istehsalı olan seriyalarından istifadə edilib. Eləcə də mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına və xüsusi karantin rejiminin tələblərinə uyğun yerinə yetirirlər. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.

Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların infeksion və invazion xəstəliklərdən qorunması, heyvanların yemlənməsi və suvarılmasına xüsusi diqqət göstərmələri tövsiyə olunur.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.