• Ana səhifə
  • Karyera
  • Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğu vəzifələri üzrə işə qəbul

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğu vəzifələri üzrə işə qəbul

  • A
  • A
  • A

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqə əsasında aparılır.

Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Test imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur. Müvafiq inzibati vəzifə üzrə etibarlı dövlət qulluğu sertifikatına malik namizədlər Nazirlik tərəfindən elan olunan müsahibələrdə iştirak edə bilərlər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində yayımlanır. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə sertifikat almış şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində müraciət edir və müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.