Elçin Zeynalov
  • 1970 21 sentyabrda Bakı şəhərində anadan olub.
  • 1987-1992 Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini fərqlənmə diplomu ilə bitirib.
  • 1992-1995 Azərbaycan Dövlət Neft Akademiyasında aspirantura üzrə təhsil alıb.
  • 1995-2003 Azərbaycan Dövlət Neft Akademiyasında elmi işçi olub.
  • 1998 Fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
  • 2003-2006 Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sektor müdiri olub.
  • 2006-2008 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru olub.
  • 2007-2009 Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb.
  • 2008 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.
  • 2010-2013 Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma investisiya və elmi potensial şöbəsində məsləhətçi, şöbə müdiri olub.
  • 2014 Elmlər doktoru elmi dərəcəsi verilib.
  • 2013-2018 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru olub.
  • 2018-2019 Azərbaycan Kənd Təsərrüfatı nazirinin müşaviri, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.
  • 2019  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
  • Azərbaycan, rus, ingilis dillərini bilir.
  • Evlidir, üç övladı var.